Sizi onlayn mağazamızda görməyə şad olduq!

Çatdırılma, ödəmə və qaytarılma şərtləri sizin rahat və bizim şəffaf iş görməyimiz üçün yaradılıb.

1.0 Sifariş istehlakçıya çatdırıldıqda yerindəcə məhsulda hər-hansı bir nöqsan aşkar edilərsə, məhsul geri qaytarıla bilər və ya müştərinin istəyinə görə yenisi ilə əvəz edilə bilər.

1.1 Şəkildə istehlakçıya təqdim olunan məhsulla, istehlakçıya təhvil verilən məhsul arasında fərq olarsa, məhsul geri qaytarıla bilər.

Qaytarılmanın mümkün olmadığı hallar aşağıdakılardır:

1.2.1 Məhsul istifadə edildikdə qaytarılma edilə bilməz.

1.2.2 Şəkil ilə istehlakçıya göndərilən məhsul arasında görüntü fərqi olmadığı təqdirdə, istelakçı, məhsulun ona yaraşmadığını, məhsulun bədəninə yaraşmadığını, bəyənmədiyini iddia edərək qaytarılma edə bilməz.

1.2.3 Məhsul haqqında öncədən operatorlarımızdan istədiyi məlumatları almadığı təqdirdə, göndərilən məhsulun onun istədiyi kimi olmadığını iddia edərək qaytarılma edə bilməz. Məsələn, dəst deyil, məhsul qalındır, nazikdir, rezinlidir, rezinsizdir, arxası yazılıdır, yazısızdır və.s. Bu sualları öncədən operatorlarımıza ünvanlanması xahiş edilir.

1.2.4 Məhsulun ölçüsü əgər deyilməyibsə və ya qeyd edilməyibsə böyük, kiçik olduğu üçün qaytarılma edilə bilməz. Dəyişdirilmə edilə bilər.

1.2.5 Məhsulun dəyişdirilməsi 1-3 gün çəkə bilir. İstehlakçı, müddəti iddia edərək, qaytarılma edə bilməz. Müddət müştərinin imkanlarına görə tezləşdirilə bilər.

1.2.6 Məhsul dəst şəkilində istehlakçıya təqdim olunubsa, məhsuldan hər hansısa birində nöqsan varsa, istehlakçı yalnız nöqsan olan məhsulu geri qaytara bilər. Dəst şəkilində qaytarılma edə bilməz. Və ya dəyişdirilmə edə bilər.

1.2.7 İstehlakçı məhsulda hər hansı bir nöqsanın olduğunu iddia edərək, sonradan qaytarılma tələb edə bilməz. Bu şərtlərdə biz, istehlakçıya məhsulu dəyişdirmə hüququ tanıyırıq.

1.2.9 Bron edilən məhsul üçün ödənilən məhsulun 50% dəyərində olan ödəniş, istehlakçı fikrini dəyişdiyi zaman geri qaytarılmır.

1.3 Məhsul istehlakçıya təhvil verildiyi qaydada, üzərində hər hansı bir detalı olmadan və hər hansı bir dəyişikliyi olduqda qaytarıla və dəyişdirilə bilməz.

Qeyd: Məhsulların şəkili çəkilən zaman istifadə olunan işıq məhsulun rənglərində bəzən azacıq ton fərqi yarada bilir.

Dəyişdirilmənin mümkün olmadığı hallar aşağıdakılardır:

1.3.1 Xüsusi sifariş hazırlatdıqda, mövcud dizayna əlavələr və ya dəyişikliklər etdikdə dəyişdirilmə mümkün deyil. İstehlakçı, mütəxəsislərimizin sizə uyğun təklif etdiyi məhsul ilə razılaşmayıb, israrla təkid etdiyiniz ölçünü sifariş etdikdə dəyişdirilmə mümkün deyil.

1.3.2 Şirkət istehlakçıya bir dəfə məhsul dəyişimi imkanı tanıyır. İstehlakçı bir dəfədən artıq məhsul dəyişdirilməsi edə bilməz. Bir dəyişdirilmədən sonra da istehlakçı özünə bağlı problem yaşadığı təqdirdə şirkət heç bir məsuliyyət daşımır.

1.3.3 Şirkət dəyişdirilmə və qaytarılma hallarında saatı və yeri özü təyin etmə hüququna malikdir. Bu halda müştərinin imkanları nəzərə alınır.

Çatdırılma və ödəmə şərtləri aşağıdakılardır:

1.3.4 Çatdırılma bütün metro stansiyalarına ödənişsiz edilir. Ünvana qədər isə metrodan olan məsafəyə əsasən hesablanır. Bu məbləğ 2-10 AZN arası dəyişir.

1.3.5 Çatdırılma həftənin yeddi günü, 11:00-dan 21:00-a qədər edilir. Bəzi hallarda bu müddət uzadıla və ya azaldıla bilər.

1.3.6 Sifarişin vaxtında və tam çatdırılması üçün istehlakçıya 1 və ya 2 gün öncədən sifarişini qeyd etdirməyi məsləhət görürük.

1.3.7 Bölgələrə çatdırılma 2-5 iş günüdür.

1.3.8 Sifarişin çatdırılmasını tezləşdirmək üçün istehlakçının istəyinə görə korporativ taksi xidməti ilə çatdırılma edirik. Sifarişin ödənişinin təsdiqindən dərhal sonra ünvana qədər ödəniş hesablanır və tərəflər arasında razılıq edildikdən sonra sifariş istehlakçıya göndərilir.

1.3.9 Bölgələrə sifarişlər poçt vasitəsi ilə göndərildikdə, 3 məhsula qədər 3 AZN, 3 və daha artıq məhsula isə 5 AZN ödəniş edilir.

1.4 Əgər siz sifarişi günün 1-ci yarısında etmisinizsə (13:00-a qədər) məhsul sizə həmin gün çatdırılır (Bakı daxili).

1.4.1 Əgər siz sifarişi günün 2-ci yarısında etmisinizsə (13:00-dan sonra) məhsul sizə həmin gün və ya növbəti gün çatdırılır.

1.4.2 Çatdırılmadan öncə kuryer alıcı ilə birgə çatdırılma vaxtını razılaşdırır.

1.4.3 Ödəniş nağd şəkildə kuryerə,  saytdan bank kartınız vasitəsi ilə və ya bank hesabına “MilliÖn” terminalından edilə bilər.