Onlayn mağazamıza xoş gəlmisiniz!

Online mağazamızdan asanlıqla alış-veriş edə bilərsiniz. İlk öncə saytımızdan bəyəndiyiniz və ya Instagram səhifəmizdən seçdiyiniz məhsulu axtarış xarakteristikalarına əsasən axtarıb tapmalısınız. Həmçinin e-mail vasitəsi ilə abunə olaraq endirimlərdən, sürprizlərdən və kampaniyalardan operativ şəkildə izləyə və xəbərdar ola bilərsiniz. Hər hansı bir əks hal yaşanmaması üçün “Çatdırılma və ödəmə şərtləri” bölümünü oxumağı önəririk. 

Hər bir məhsulun səhifəsində məlumatlar “Açıqlama” bölümündə qeyd edilmişdir. Hər bir məhsulun ödənişini həm hissələrə bölərək, həm də nağd şəkildə tam ödəyə bilərsiniz. 

Sizi 4 Addımda online alış-verişə dəvət edirik! 

Addım 1 (Səbət)

İlk öncə almaq istədiyiniz məhsulu seçib, məhsulun xarakteristikaları ilə tam tanış olduqdan sonra səbətə əlavə edirsiniz. 

Addım 2 

Seçdiyiniz məhsul və ya məhsulları səbətə əlavə etdikdən sonra “Ödəniş” düyməsinə tıklayırsınız. Əgər ödənişi hissələrə bölmək istəyirsinizsə məhsulun səhifəsindəki “Hisə-Hissə Al” düyməsinə tıklayın.

Addım 3

Açılan “Hesablaşma Məlumatları” başlıqlı səhifədə əgər endirim kuponunuz varsa bu kuponun kodunu yuxarıdakı boş xanaya yazırsınız. Sonra isə aşağıdakı xanaları uyğun olaraq doldurursunuz. Əgər əlavə qeyd etmək istədiyiniz bir məlumat varsa “Əlavələr” bölümünə yaza bilərsiniz. Bütün məlumatları doldurduqdan sonra “Şərtləri oxudum, razıyam” butonuna tıklayırsınız.

Addım 4

“Sifariş edin” düyməsinə tıkladıqdan sonra açılan səhifədə Bank kartınızın məlumatlarını uyğun xanalara yazdıqdan sonra “Ödə” düyməsinə tıklayırsınız. Ödəniş keçdikdən sonra sifariş barədə həm sizin email ünvanına, həm də bizə bildiriş gəlir. Əməkdaşlarımız sizinlə əlaqə saxlayıb məlumatları dəqiqləşdirdib, vaxt təyin etdikdən sonra sifarişinizi operativ şəkildə çatdırırlar.

Çatdırmadan sonra hər hansı şikayət və ya təklifiniz olarsa, “Şikayət və Təklifləriniz” bölümündən bunu bizə bildirə və xidmətimizi daha da yaxşılaşdırmağımız üçün dəstək ola bilərsiniz.

Bizi seçdiyiniz üçün təşəkkür edirik!